adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 May 2021 17:33
27239
İQTİSADİYYAT
A- A+

Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir

Tranzit-nəqliyyat informasiya sisteminin inkişafı iqtisadiyyatların daha sıx inteqrasiyasına və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq.

Adalet.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.

Nazir bildirib ki, bu sistemin inkişafı Azərbaycanın nəqliyyat və trans-sərhəd əməliyyatlarını, tranzit potensialını təkmilləşdirməyə imkan verəcək, iqtisadiyyatların inteqrasiyasına, eləcə də müəyyən gömrük prosedurları zamanı yaranan əlavə problem və məsələlərin həllinə gətirib çıxaracaq: "Bu kontekstdə beynəlxalq vergi sisteminə və hökumətlər arasında məlumat mübadiləsinə diqqət ayırmaq lazımdır".