adalet.az header logo
  • Bakı 18°C
05 May 2021 12:32
41613
SİYASƏT
A- A+

30 illik təxribat: İranın Rusiya sülhməramlılarına “yardım”ının “pərdəarxası”

İki gün əvvəl sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.

Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?

 

Politoloqların məsələyə münasibəti

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntüləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu yardımların Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsi ilə edilməsi və bundan Azərbaycanın məlumatsız olması beynəlxalq qanunların, o cümlədən 10 noyabr bəyanatının ciddi şəkildə pozulmasıdır:

“ Ümumiyyətlə, Rusiya sülhməramlılarının Ermənistan vasitəsilə müvəqqəti onların nəzarətində olan Azərbaycan ərazilərinə “humanitar yardım” çatdırılmasına şərait yaratmaq səlahiyyəti yoxdur. Bu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin səlahiyyətində olan məsələdir. Ona görə də artıq Laçın dəhlizində Azərbaycan Dövlət Sərhəd Xidmətinin fəaliyyətə başlaması zərurətə çevrilib. İndiki halda müvəqqəti olaraq rus sülhməramlıları ilə birlikdə xidmət edilə bilər”.

Rusiyalı ekspert, politoloqAleksey Voronenkobu məsələyə münasibət bildirib: “Birincisi, əgər yük Laçın dəhlizi vasitəsilə çatdırılırsa, bu barədə mütləq Azərbaycan tərəfinə məlumat verməli idi. Əgər bu, həqiqətən Xankəndidəki erməni ailələrinə humanitar yük olsaydı, Bakını rahat şəkildə məlumatlandırmaq olardı. Bununla da onlar öz yüklərinin təhlükəsiz və açıq şəkildə çatdırılmasını təmin edə bilərdilər. Amma əgər bu iş gizlin görülürsə, onda təbii ki, burada humanitar yükdən söhbət belə gedə bilməz. Ola bilsin ki, İrəvan Qarabağda müəyyən təxribat törətməyi planlaşdırır. Bakı buna hazır olmalıdır”.

 

O “yardım”da nələr var?

Yadınızdadırsa, yaxın günlərdə Rusiyadan Ermənistana göndərilən hərbi yük (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmadı. Bu xəbərin ardınca İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülər yayıldı. Azərbaycanı varlığına hər zaman təhlükə bilən və hər addımda məkrli əməllər törətməklə tanınan İranın “yardım” adı altında apardığı yük Gürcüstandan buraxılmayan hərbi yükdür. iki TIR dolusu zirehli gödəkçə Xankəndidəki separatçıların yaratdığı yeni silahlı qruplaşmalar üçün daşındındığı heç kəsə sirr deyil.

Birinci Qarabağ müharibəsində də, Tovuz döyüşlərində də, atəşkəs dövründə də, Rusiyadan Ermənistana daşınan hərbi yüklər çox vaxt Azərbaycana açıq-aşkar nifrət edən İran üzərindən aparılması heç kimə sirr deyil. İran son 30 ildə həm Ermənistan, həm də Qarabağ erməniləri üçün hər zaman nəfəslik rolu oynayıb. Yeri gəlmişkən, yadınızdadırsa, İran rəsmiləri


İran “yardım” adı altında Qarabağın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək istədiyini bildirmişdi və rəsmi Bakı bu istəyi görməzdən gəlmiş, haqlı olaraq quruculuq işlərində İran İslam Respublikasının orada olmasını lazım bilməmişdi. Yəqin, bunu həzm edə bilməyən Cavad Zərif  öz aləmində rəsmi Bakıya “zərbə”ni belə vurmağı özünə borc bilib.

Əntiqə Rəşid