adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 May 2021 11:51
24751
MƏMLƏKƏT
A- A+

Baş verənlər hamısı məqsədli şəkildə edilir - Səxavət Məmməd yazır

Ölkədə dəyər anlayışı qalmayıb. Hər şey, ağıla gələn, gəlməyən hər şey iyrəncləşdirilir. Uzağa getməyəcəm, son zamanlar baş verənlərə toxunacam.

Dilqəmlə Şahbaz həbsdə olarkən barmaqla sayılacaq qədər insanlar onların mahiyyətini bilirdi. Bunu bilən insanlar onlar ölkəyə qayıdandan sonra öz aralarında söhbət edərkən deyirdi ki, onlara mikrafon, diktafon uzadılsa, hər şey üzə çıxacaq və oldu. Ölkə əhalisinin böyük əksəriyyəti onları bir dirəniş, kişilik simvolu kimi görürdü. Sayələrində bu mif darmadağın oldu.

Ardınca bir nəfər sosial şəbəkədə Xudayarı məsxərəyə qoydu. Deyəcəksəniz ki, zarafat edirdi. Götürək heç Xudayar şəhid deyildi. Yol qəzasında rəhmətə getmişdi. Ölmüş bir adamla zarafat hansı məntiqə sığır? Kimsə danmasın, ətrafımızda nənə, baba zarafatı edən adamlar görmüşük. Bölgəyə görə bu yaxın qohumlara qədər gedir. Götürək nənə və babanı. Onlar rəhmətə gedəndən sonra o zarafatı edən olur? Ağzı alışan adamlar belə o səhvi edəndə min dəfə üzr istəyir. İllərin dostları arasında söz-söhbətə səbəb olur. Həmin o "zarafat"ı edən şəxs döyüləndə, bir qrup başladı ki, hüquqi dövlətdə yaşayırıq. Qardaşım, həmin dövlətdir də, demokratiyanın "D"sinin olmadığı dediyiniz. Sonra başldı söyüşlər, təhqirlər havada uçuşmağa. Mətbuatımız da bir yandan bu işə çanaq tutdu. Xudayarın anası danışdı, aləm qarışdı. Biri deyir, ananın əlindən öpürəm, biri deyir, ana kabadayıdır. Qarşılıqlı təhqirləşmə bitdi, olan Xudayara oldu.
Xudayar məsələsi bitməmiş Polad Həşimov məsələsi ortaya çıxdı. Polad Həşimovun ailəsinə o medalın veriləcəyi təxminən 10 gün əvvəldən bilinirdi. O vaxt bu məsələni eşidəndə, düşündüm ki, dövlət olaraq buna qarşı çıxarıq, icazə verilməz. Nə oldu? Medal verildi, ardınca ana danışdı və yenidən çirkinlik başldı.

Əlimdə faktım yoxdur, ona görə qəti deyə bilmirəm, ancaq iddia edirəm ki, baş verənlər hamısı məqsədli şəkildə edilir. Birinci müharibədə avtoriteti olanların heç biri sağ çıxmadı. İndi də, xalqın içində hörməti olanları urvatsız edirlər.