adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 May 2021 18:37
45594
İDMAN
A- A+

Karantin rejimini pozan idman zalı aşkarlandı - FOTO

Karantin rejimi qaydalarını pozan idman zalı aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə icazə verilməyən idman zalı aşkar edilib. 

Keçirilən nəzarət-profilaktik tədbirlər zamanı 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən “Sparta” idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərməsi müəyyən edilib. Ümumilikdə xüsusi karantin rejimi qaydalarının tələblərinə əməl etməyən 13 nəfər aşkar edilib.  

Karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində isə 200 manat inzibati tənbeh tədbirləri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.