adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 May 2021 08:50
41405
İDMAN
A- A+

"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

İngiltərənin "Çelsi" futbol klubu Çempionlar Liqasının yarım finalının cavab matçında öz meydanında İspaniyanın "Real Madrid" komandasını qəbul edib.

Adalet.az-ın məlumatına görə, oyun İngiltərə təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.

Bildirilib ki, qolları Timo Verner (28-ci dəqiqə) və Meyson Maunt (85) vurublar.

Qeyd edək ki, Madriddə baş tutan ilk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. London klubu finalda digər İngiltərə komandası - "Mançester Siti" ilə oynayacaq.