adalet.az header logo
  • Bakı 13°C
07 May 2021 15:18
25752
MƏMLƏKƏT
A- A+

“İrəli” İctimai Birliyi Ulu Öndərə həsr olunan inşa müsabiqəsi elan edir

 “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  gənclər arasında inşa müsabiqəsi elan edir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğı ölkəmizdə həyata keçirilən gənclər siyasətində daim özünü təcəssüm etdirib. Bu səbəbdən də nəinki bu gün, gələcəkdə də Ulu Öndərin bu siyasi kursu, gənclər siyasəti davam etdiriləcək, gənclərimiz isə dahi şəxsiyyəti daim hörmətlə anacaqlar.

Müsabiqədə iştirak şərtləri aşağıdakılardır:

  • Müsabiqədə  16-29 yaş aralığında gənclər iştirak edə bilər.
  • Seçim zamanı mövzuya əhatəli şəkildə toxunulması, informativlik, araşdırma, əsaslandırma və təhlilin yüksək səviyyədə olmasına üstünlük veriləcək.
  • İnşanın sonunda “İrəli” İctimai Birliyinin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün” yazısı qeyd edilməlidir.
  • İnşalar Azərbaycan dilində olmalı, word faylında, Times New Roman-12 şrifti ilə, bir intervalla yığılmalı və mətndaxili yazıda 1sm abzas buraxmaqla hazırlanmalıdır. Yazılar 3-5 min işarə həcmində yazılmalıdır.
  • Göndərilən məlumatlarda əlaqə vasitələri (ev, mobil telefon nömrələri, e-mail ünvanları) qeyd edilməlidir.
  • Müsabiqə üçün inşalar 2021-ci il may ayının 9-dan may ayının 19-u 18:00-a kimi [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

İnşalar media ekspertləri-münsiflər heyəti tərəfindən bal sistemi ilə qiymətləndiriləcək. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplamış inşa müəllifləri mükafatçılar siyahısına düşmür.

Müsabiqəyə hər bir şəxs tərəfindən yalnız bir yazı təqdim edilir.

Ən yüksək bal toplayan 3 inşa müəllifi mükafatlandırılacaq. İlk 10 yeri qazanan müəlliflərin yazılarının müxtəlif mətbuat orqanlarında dərc edilməsinə şərait yaradılacaq. Müsabiqə qaliblərinin adları 2021-ci il may ayının 25-nə kimi açıqlanacaq.

Qeyd: Müsabiqə şərtlərinə uyğun olmayan yazılara baxılmayacaqdır!