adalet.az header logo
  • Bakı 21°C
07 May 2021 17:42
30388
MƏMLƏKƏT
A- A+

Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib

Bakının Xətai rayonunda küçələrin birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

Bu barədə  Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, küçənin keçmiş adı Pavel Naximov olub:

"Ötən ay Pavel Naximov küçəsini Polad Həşimov adına dəyişdirmək istəyimiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavablandırılıb və küçəyə Milli Qəhrəmanımızın adı verilib".

Xatırladaq ki, ölkə üzrə artıq ikinci küçədir ki, Polad Həşimovun adını daşıyır. Bundan əvvəl Qəbələ rayonunda Milli Qəhrəmanımızın adı küçəyə verilib.