adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2021 12:55
33241
DÜNYA
A- A+

Moskvada Qələbə paradı keçirilib - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvadakı Qırmızı Meydanda faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Adalet.az xəbər verir ki, parada Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukov komandanlıq edib.

Parad çərçivəsində 12 mindən çox hərbçi təntənəli yürüşlə Qırmızı Meydandan keçib. Həmçinin 190-dan çox hərbi texnika nümayiş etdirilib.

Qələbə paradı əlverişsiz hava şəraitinə baxmayaraq, aviasiya uçuşu ilə başa çatıb. Moskva səmasında 76 helikopter və təyyarənin uçuşu təşkil olunub.