adalet.az header logo
  • Bakı 18°C
10 May 2021 17:41
24916
DÜNYA
A- A+

Üç gündür itkin düşən rusiyalı nazir tapıldı

Mayın 7-də ov edən zaman itkin düşən Rusiyanın Omsk vilayəti Səhiyyə Nazirliyinin rəhbəri Aleksandr Muraxovski tapılıb.

Məlumatı nazirliyin mətbuat xidməti təsdiqləyib.

“Mash Siberiya” “Telegram” kanalı xəbər verir ki, üç günlük axtarışdan sonra o özü insanlarla əlaqə yarada bilib.

Nazir Bolşeukovski rayonunun Baslı kəndinin ərazisində tapılıb. Onun xəstəxanaya aparıldığı bildirilir.

Nazirin vəziyyətinin yaxşı olduğu qeyd edilir.