adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2021 18:16
27045
DÜNYA
A- A+

Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.

Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.

Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.