adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 May 2021 15:05
40286
ANALİZ
A- A+

İlham Əliyev: “Xarı bülbül” festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur” - VİDEO

“Uzun fasilədən sonra, Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarı bülbül” festivalı keçirilir”.

Adalrt.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada “Xarı bülbül” festivalının açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz bu günü, səbirsizliklə, 30 il gözləmişik.

“30 il vətən həsrəti ilə yaşamışıq. Hər dəfə deyirdik ki, biz bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik və etdik də”.

İlham Əliyev qeyd edib ki, “Xarı bülbül” festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur.

“Biz bu günü qəhrəman hərbçilərə, Azərbaycan xalqına borcluyuq”, - deyə prezident əlavə edib.

Vətən müharibəsində şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Digər Xəbərlər