adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2021 08:50
37155
ANALİZ
A- A+

Milli birlik, qürur, zəfər, ləyaqət bayramı

Şuşada keçirilən “Xarı Bülbül” musiqi festivalini seyr edərkən hər bir azərbaycanlı kimi, mən də dövlətimlə, elimlə, torpağımla qürur duydum, bu Vətənin azadlığı naminə canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarını xatırladım. Festivalın səhnəsində Azərbaycanda yaşayan bir çox millətlərin nümayəndələrinin çıxışlarına tamaşa edərkən bir daha əmin oldum ki, bu millətin birliyini, qüdrətini təmin edən ən əsas qüvvə onun hər qarış torpağını özünə vətən bilən, bu vətənin ağır günündə bir yumruq kimi birləşə bilən neçə-neçə xalqın oğul və qızlarıdır.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların bu torpağa bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qabil olduğu açıq şəkildə nümayiş olundu.. Müharibənin aktiv fazası cəbhədə cərəyan etsə də, ondan kənarda baş verən proseslərin idarə olunmasına, zəfərə aparan digər siyasi və təşviqat-təbliğat yönümlu həmlələrin dəstəklənməsinə, nəticə etibarı ilə ölkə imicinə xeyir verən trendlərin formalaşmasına vəsilə olmaq, əslində çoxmillətli ölkəmiz qarşısında duran ən məsuliyyətli vəzifə idi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən cəmiyyətimizin elmi-intellektual təbəqəsi həmin həssas dönəmləri məharətlə idarə edən Prezidentin cağırışlarına cavab olaraq, həm arxa cəbhədə, həm də sosial platformalarda xüsusi fəallıq göstərir, öz sözlərini deyirdilər.

Düşmənə cəbhədə dəstək olan qüvvələr Azərbaycanın imicini ləkələmək, həmçinin bizi haqlı mübarizədən çəkindirmək yolu ilə erməniləri xilas etmək xəyalları ilə çırpınır, bunun üçün bütün imkanlarından istifadə edirdilər. Lideri ilə eyni hissləri bölüşən çoxmillətli xalq, ölkə rəhbərinin qətiyyətli mövqeyinə arxa olaraq daha sarsılmaz iradə ilə düşmənlərimizə qarşı bütün cəbhələrdə mübarizə aparır, Azərbaycanın haqlı

savaşından vaz keçməyəcəyini, hamılıqla yalnız qələbə üçün səfərbər olduğumuzu dünyaya bəyan edirdilər.

Azərbaycan Prezidenti xalqa müraciəti zamanı bu məqamı dəqiq ifadə edərək demişdi: “Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi . O damğanı vurduq”.

Bütün sadalanan proseslər Azərbaycan xalqının tarixində misli görünməmiş qələbənin təntənəsi ilə bərabər, Prezidentə sonsuz inam üçün daha böyük stimul formalaşdırdı.

Tarixdə həmişə birliyə nail ola bilən xalqlar, ölkələr qələbə qazanırlar. Biz Vətən müharibəsindəki milli birliyimizlə, vəhdətimizlə dövlət rəhbərimizin nadir siyasəti ətrafında birləşib dəmir yumruğa çevrildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, təcrübəsindən asılı olmayaraq cəmiyyətimizin bütün üzvləri bu yolda gücünü əsirgəmədi. Bu həm gücdür, həm birlikdir, həm də qüdrət və həmrəylikdir. Doğma Vətənin hər qarış torpağına yenilməz məhəbbətdir.

Digər Xəbərlər