adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2021 12:14
20885
DÜNYA
A- A+

İsrail münaqişənin səbəblərini açıqladı

İisrailin BMT -dəki daimi nümayəndəliyinin rəhbəri Gilad Erdan BMT -nin iclasında  bəyan edib ki, Fələstinlə gərginlik HƏMAS -ın siyasi hakimiyyəti ələ keçirmək cəhdləri ilə bağlı manevrlərindən sonra başlayıb.
 

"Bu onların məkrli planlarının bir hissəsidir. HƏMAS İsrail dövlətini dağıtmaq istəyir. Onlar həmçininn Qərb sahillərində fələstin administrasiyyasını devirmək istəyirlər "- deyə Erdan bildirib.
 

 Onun sözlərinə görə, Fələstin prezidenti Mahmud Abbas Fələstin Xalq Avtonomiyasna seçkilərin keçirilməsini dayandırdıqdan sonra, HƏMAS Yerusəlimdə vəziyyəti gərginləşdirməklə hakimiyyəti ələ keçirməyə çalışır. Buna görə də bəhanə üçün müharibə variantına əl atıb. İsrail isə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cavab vermək məcburiyyətində qalıb.

Rüstəm Hacıyev