adalet.az header logo
  • Bakı 13°C
18 May 2021 17:44
31340
DÜNYA
A- A+

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin görüşü yaxın həftələrdə baş tuta bilər.

Adalet.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, iki liderin görüşüb bir sıra məsələləri üz-üzə müzakirə etmək imkanını vacib hesab edir.

Qeyd edək ki, bir müddət əvvəl V.Putinlə C.Bayden arasında görüşün mümkün ev sahibi qismində Bakının adı çəkilirdi.