adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 May 2021 17:30
31872
KRİMİNAL
A- A+

Qazaxda 24 yaşlı qadın kəsici alətlə xəsarət alıb

Qazaxda gənc qadın kəsici alətlə xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Birinci Şıxlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Kələyeva kəsici alətlə xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.