adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2021 10:05
28473
DÜNYA
A- A+

Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi

Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində İrəvana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib.

Adalet.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri bildirib ki, Rusiya sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasının yaradılmasının tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır.

Qeyd edək ki, KTMT xarici işlər nazirləri dünən Ermənistanın sərhədlə bağlı qaldırdığı məsələni müzakirə ediblər.