adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 May 2021 10:55
66642
ŞOU-BİZNES
A- A+

Nura Suridən təhsillə bağlı  status:  8 saat maskayla  uşaqlara  əziyyət verməkdə məqsəd...

 Bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə 17 may tarixində orta məktəblərdə dərslər başlayıb. Qərara əhali arasında bir mənalı qarşılanmadığı qənaətindəyik.

Buna misal olaraq, müğənni Nura Suri sosial şəbəkədə yazdığı statusu göstərmək olar. Sənətçi məktəblərin açılmasından gileylənib:"Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış "Formula"ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı?".

 

 

Xanım müğənni fikrinə bu sözləri də əla: "Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda... Ağızlarında səhərdən 8 saat maskayla bu uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir?

Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin?

2020-nin martından əziyyət çəkirik də onsuz da".

Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa edilib və cəmi 21 gün dərs olacaq

 

 

 

 

Əntiqə Rəşid