adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2021 10:59
30374
DÜNYA
A- A+

Ermənistanın daxili siyasi arenasında vəziyyət qeyri-sabitdir - Rusiyalı ekspert

Ermənistanın daxili siyasi arenasında vəziyyət qeyri-sabitdir və əsasən gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində baş verən proseslərlə əlaqəlidir.

Bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin deyib.

S.Pritçin bildirib ki, ölkədəki əsas müxalif qüvvələr Nikol Paşinyana qarşı vahid cəbhədə çıxış etmək niyyətindədir:

"Hələlik bu, tam şəkildə alınmır, müxalifət daxilində ziddiyətlər kifayət qədər çoxdur".

Ermənistan parlamentinin baş nazir seçməməsini şərh edən ekspert deyib ki, bu texnoloji prosesdir:

"Bu, onunla əlaqədardır ki, Paşinyan baş nazir vəzifələrini icra edən olaraq seçki kampaniyasını aparsın. Parlamentin buraxılması üçün hökumətin dəstək görməməsi lazımdır və bu da baş verdi".