adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 May 2021 11:25
29116
DÜNYA
A- A+

HƏRBİÇİLƏRİN SOSİAL SƏHİFƏLƏRİ İZLƏNƏCƏK

Pentaqon xüsusi proqram hazırlayır

İntercert portalının ABŞ müdafiə nazırliyinin sənədlərinə istinadən yaydığı məlumata görə, Pentaqon hərbiçilərin sosial şəbəkələrdə ekstrimizmə meyilli yazışmalarını izləmək məqsədilə xüsusi proqram hazırlamagı planlaşdırır.
 

Özəl şirkətlərdən biri ilə hazırlanacaq proqram, daim hərbiçilərin sosoal şəbəkələrdəki səhifələrini izləyə biləcək. Məqsəd ekstrimist bəyanatlara  və şübhəli yazışmalara vaxtında reaksiya verməkdir.
   

Mart ayında Pentaqonun hazırladığı məruzədə, hərbiçilər arasında sağ ekstrimizmə və irqçiliyə meylin artığı və bunun təhlükəli hal ala biləcəyi barədə xəbərdarlıq edilir. Məruzə bir neçə ay əvvəl Konqressin tapşırığı ilə,  keçmiş prezident Donald Trampın seçkilərdə topladığı səslərin azaldılması ilə bağlı tərəfdarlarının Kapitoliyaya hücumu zamanı törədilən vandalizm hərəkətlərinin araşdırılması üçün hazırlanıb. Qarşıdurma zamanı həbs olunanların əksəriyyəti ultrasağçılarla əlaqədə olan keçmiş hərbiçilər olub.
  
Rüstəm Hacıyev