adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 May 2021 10:40
46946
ANALİZ
A- A+

"Eurovision "larda  bayrağımıza qarşı hörmətsizliklər -  SİYAHI

Hər dəfə "Eurovision " mahnı müsabiqəsində mütləq bayrağımızla bağlı bir qalmaqala şahid oluruq. Növbəti dəfə "Eurovision-2021 " mahnı müsabiqəsinin birinci yarımfinalı da qalmaqalsız ötüşməyib.


Həmin məqamlardan biri də Azərbaycan təmsilçisi Samirə Əfəndini səhnədə müşayiət edən rəqqaslardan birinin hərəkəti olub. Belə ki, rəqqasə əl çalan zaman Azərbaycan bayrağını ayaqlarının arasına qoyub. Bu görüntülər sosial şəbəkədə yayılaraq tənqid edilib.

Əlbəttə, bu Azərbaycan tamaşaçılarını hədsiz dərəcədə əsəbləşdirib. Çünki, Azərbaycan yenicə Vətən Müharibəsindən çıxıb və o bayrağa 3 min nur üzlü şəhidimiz bükülüb. Üstəgəl, hər bir ölkəyə də, ölkənin vətəndaşına  öz bayrağı əzizdir, müqəddəsdir. Bu səbəbdən sosial şəbəkələrdə "Eurovision-2021 " mahnı müsabiqəsinin təmsilçiləri haqlı olaraq  tənqid və təhqir olunub.


Məsələyə daha fərqli bir baxış

 


Müğənni Murad Arif məsələ ilə bağlı paylaşım edib. O, "Eurovision" ətrafında yerli çalışanlardan ibarət heyətin yaradılmasını istəyib:
"13 il ərzində, hər il "Avroviziya" nömrələrini xaricdən almışıq. O layihələr xaricdə düşünülüb, yazılıb, tərtib olunub. Mahnısı, beki, rəqqası, mətbuat danışmanı, müğənni meneceri, səhnədə müğənniyə su verəni, taksi çağıranı, köynək ütüləyəni... Hamısı əcnəbidir. Ölkə bazamızda "Eurovision" mütəxəssisləri qrupu hazırlamaq kimsənin ağlına gəlmədi. Ya da ki, sərf etmir? Bir-iki əcnəbilər kömək etdi, başa saldı, bəs öz bazamız, komandamız olmasın?
Ölkəyə yatırım olardı, studiyalar, rəqs qrupları, bekvokal qrupları yaranardı, müəlliflər formatı anlayar, ona uyğun təkliflər verərdi, gənclər maariflənərdi. Yox, xaricdən olsun. Xaricdən... Hər şey xaricdən... Bu da əcnəbi rəqqasə və bizim bayraq".


Xatırlatma

 

 

Yadınızdadırsa, İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizə qarşı xoşagəlməz hal baş vermişdi.
Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında bayrağımıza qarşı hörmətsizlik edilib. Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan mikrafonların üzərində Azərbaycan bayrağı tərsinə əks olunub. Görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb.
"Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində 
diqqətdən yayınmayan məqam növbəti dəfə Azərbaycan bayrağına edilən hörmətsizlik olub.
Belə ki, Rusiyanın Azərbaycana 12 xal verməsi zamanı iştirakçılarımızdan birinin əlində bayrağımızın rəngləri səhv sıralamada nümayiş olunub. Bayraqda göy, qırmızı, yaşıl əvəzinə yaşıl, qırmızı, göy rəngləri olub. 

 


 
 Səhv kimi də qəbul etmək olardı! Amma bir Azərbaycanlının özü və ya yanındakı şəxs bayrağa qarşı belə bir beynəlxalq tədbirdə hörmətsizlik edilirsə, təbii ki bunu bağışlamaq bir az çətin olur.


Əntiqə Rəşid

 

Digər Xəbərlər