adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 May 2021 13:34
43359
KRİMİNAL
A- A+

Neftçalada qadın ərini öldürüb, meyitini yandırdı - TƏFƏRRÜAT

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti tapılıb.

“Report”un məlumatına görə, rayonun Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlu 2021-ci il mayın 11-də evdən çəxıb və bir daha geri qayıtmayıb. Bu barədə onunla qeyri-rəsmi nikah münasibətlərində olan, əslən Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı polis şöbəsinə məlumat verib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Əsgərovun həyətdə yandırılmış meyiti aşkar edilib. Onun həyat yoldaşı Ş. Məhərrəmova şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı Ş.Məhərrəmova ərini qətlə yetirdikdən sonra öz həyətlərində yandıraraq basdırdığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır.