adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2021 11:51
28297
DÜNYA
A- A+

"RUSİYA FEYK XƏBƏRLƏRLƏ MÜBARİZƏ APARIR"

Öz gözlərində isə tiri görmək istəmir

Rusiya prezidentinin mətbuuat katibi Dmitri Peskov Rusiyaya qarşı feyknyusdan  silah kimi istifadə edilməsindən və feyk xəbərlərə qarşı aparılan mübarizədən danışıb.
 

"Feyknyusdan bizim ölkəmizə qarşı silah kimi istifadə edilir. Biz onunla mübarizə aparırıq, bizim peşəkarılar mübarizə aparır. Onların çoxu bu günlər sizin qarşınızda çıxışlar edirlər"- deyə Peskov "Novaya znaniye" marafonunda çıxışı zamanı bildirib.
   

"Düşünülmüş şəkildə quraşdırılmış feyk xəbərlərdən istənilən öölkədə qarışıqlıq yaratmaq, bazarları idarə etmək üçün silah kimi istifadə olunur"- deyə o, əlavə edib. 
 

 Həqiqətən də müasir dünyada istifadə olunan feyk xəbərlər beynəlxalq münasubətlərin pozulmaslna, hətta dövlətlərarası qarşıdurmalarada səbəb olur.
 

"Bu silah insanların, dövlətlərin arasındakı münasibətləri poza bilər. Bu silah əla hazırlanmış biznes layihələri dayandıra bilər. Bu silah bazarları istədiyi istiqamətə yönəldərək trilyonlarla dollar vəsaiti dövriyyəsinə nəzarəti əlinə ala bilir".
 

Peskov çıxışnda bu cür "sifarışlərlə" tez-tez rastlaşdıqlarını, yalançı şirkətlərin Rusiyaya yönəlmiş çoxsaylı feyklərlə rastlaşdığını dhiqqətə çatdırıb. "Nəyin düz, nəyin yalan olduğunu bəzən aydınlaşdlrmaqda belə çətinliklərlə rastlaşırıq.
 

Amma nədənsə cənab Peskov on illərdi Rusita KİVl-ərinin, xüsusilə 44 günlük Vətən müharibəsi ərzində və onfan sonrakı dövrdə Rusiya teleməjənında solovyovların, skabayevaların, simonyanların, zlobinlərin və erməni diasporasının yemlədiyi digərlərinin Azərbaycana qarşı apardıqları çirkin feyknuyuslardan, onları birbaşa dəstəkləyən hakimiyyət qüvvələrindəndə danışmağı lazım bilməyib. 
 

Rusianın feyknuyus təbliğat maşını artıq on illərdi istər Azərbaycana, istər Ukrayna və Türkiyə Cumhjiriyyətinə, istərsə də digər ölkələrə qarşı ən çox  feyk məlumatlar yayır. Cənab Peskov isə bunları görməzlikdən gəlir. 

Rüstəm Hacıyev