adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 May 2021 09:49
44869
DÜNYA
A- A+

"Türkiyədə 27 milyondan artıq insan koronavirusa qarşı peyvənd olunub" - Ərdoğan

Türkiyədə 27 milyondan artıq insan koronavirusa qarşı peyvənd olunub, onlardan 12 milyon nəfərinə ikinci doza vurulub.

Adalet.az-ın məlumatına görə, bunu Səhiyyə üzrə Qlobal Sammit iştirakçılarına videomüraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdğan bildirib: "Mümkün olduqda bizdə olan peyvəndlərdən digər ölkələrə də verməyə çalışdıq. Türkiyənin öz peyvəndi hazır olandan sonra, biz onu yalnız vətəndaşlarımıza deyil, bütün dünyaya təklif edəcəyik".

Türkiyə prezidenti qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətin eyni təşkilat tərəfindən təsdiqlənmiş peyvəndi qəbul etməməyinin izahı yoxdur: "G20 ölkələri arasında səhiyyə sahəsində qabaqcıl nailiyyətlərlə bölüşmək üçün məlumat bazasının yaradılması gələcək böhranlara cavab verməyi asanlaşdıracaq".