adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 May 2021 10:11
24201
DÜNYA
A- A+

Koronavirus böhranı Almaniyaya 300 milyard avroya başa gəlib

Koronavirusa pandemiyasının nəticələrinin aradan qaldırılması Almaniyaya təxmiən 300 milyard avroya başa gəlib.

Adalet.az-ın məlumatına görə, bu barədə Alman İqtisadiyyatı üzrə Köln İnstitutundan bildiriblər.

Məlumata əsasən, yalnız son 3 rüb ərzində (2020-ci ilin dördüncü rübündən cari ilin ikinci rübünədək) böhranın aradan qaldırılması üzrə xərclər təxminən 140 milyard avro təşkil edib, bu məbləğin üçdə biri isə koronavirusun ikinci dalğası ilə əlaqədar tətbiq edilən qapanma ilə əlaqələndirilir.

Hazırda Almaniyada qapanma rejimi davam etsədə, qışdakı kimi sərt deyil. Məktəblər və uşaq bağçaları açıqdır, bəzi ərazilərdə muzeylər və qalereyalar fəaliyyət göstərir. Ölkənin bir çox bölgəsi məhdudlaşdırıcı tədbirləri azaltmağa başlayır və artıq açıq havada restoran və otellərin fəaliyyətinə icazə verilib.