adalet.az header logo
  • Bakı 20°C
24 May 2021 11:32
27447
DÜNYA
A- A+

Latviya Belarus hava məkanından imtina etdi

Latviyanın AirBaltic aviaşirkəti, qırıcı təyyarənin köməyi ilə Ryanir aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Minskə endirilməsi ilə bağlı insudentdən sonra, Belarus hava məkanından istifadə etməmək barədə qərar qəbul edib. Bu barədə Latviyalı nazir Talis Linkayts jurnalistlərlə keçirdiyi mətbuat konfransında bəyan edib.

" AirBaltic aviaşirkəti hələlik Belarusun hava məkanından istifadə ütməkdən imtina edib"- deyə bildirən nazirin sözlərinə görə, bu qərar hava gəmilərinin təhlükəsizliyi ilə bağlıdır.

Afinadan Vülnüsə uçan Ryanair aviaşşirkətinə məxsus sərnişin təyyarəsi, guya içərisində partlayicı maddə olması bəhanəsi ilə, MiQ-29 qırıcı təyyarəsinin müşayəti ilə Minsk aeroportuna endirilib. "Yoxlamalardan" sonra təyyarədə hır hansı partlayıcı maddənin aşkarlanmaması müəyyən edilib. Təyyarənin Vülnüsə uçan Teleqram kanalının əməkdaşı Nexta Roman Protasoviç həbs olunduqdan sonra, təyyarə Vülnüsə yola salınıb.

Bununla da Belarus prezidenti Lukaşenko Qərbdəki düşmənlərinə əllərinin nə qədər uzun olduğunu göstərmək istəyib.

 

Rüstəm Hacıyev