SON DƏQİQƏ:

ADU-da Pakistan dil və mədəniyyət mərkəzi açılacaq

  19068   |  
Şriftin ölçüsü  

Azərbaycan Dillər Universitetində (ADU) Pakistan dil və mədəniyyət mərkəzi açılacaq. Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, mərkəzin açılması ilə bağlı hazırlıq işlər gedir: “Bu ilin mart ayında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee arasında görüş keçirilmişdi. Həmin görüşdə rektor səfirə bildirmişdi ki, Azərbaycanda Pakistana böyük sevgi və hörmət var. Vətən Müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi hər birimiz üçün çox qiymətlidir.

Universitetdə 20-ə yaxın dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir, 20 xarici dil isə böyük uğurla tədris olunur. Mərkəzin açılışı bizə bir çox istiqamətlərdə yeni perspektivlər açacaq. Elmi əməkdaşlıq, tələbə mübadiləsi və başqa mühüm istiqamətlər qarşımızda duran əsas perspektivlərdir. Bu mərkəz Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq. Cənab səfir Pakistan dil və mədəniyyət mərkəzinin açılmasını yüksək qiymətləndirərək bildirmişdi ki, Azərbaycanla Pakistan arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Dillər Universitetində urdu dilinin tədrisi bizim xalqları bir-birinə daha da yaxınlaşdıracaq”.

Şöbədən əlavə olunub ki, universitetin geniş auditoriyalarından biri mərkəz üçün ayrılıb, Pakistanın ölkəmizdəki səfirliyi və ADU əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.

Pakistan dil və mədəniyyət mərkəzinin təqdimat mərasimindən sonra isə Azərbaycan Dil və mədəniyyət mərkəzinin Pakistanın ən böyük universitetlərindən biri olan Kəraçi Universitetində açılması planlaşdırılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK