adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2021 15:34
27520
DÜNYA
A- A+

Rusiyada tam peyvəndlənənlərin sayı 10 milyonu ötüb

Rusiyada 10 milyondan çox şəxs koronavirusa qarşı tam peyvənd olunub.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Vasili Akimkin deyib.

O bildirib ki, ümumilikdə Rusiyada 25 milyon doza vaksin vurulub.

Qeyd edək ki, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb, 118 mindən çox xəstə vəfat edib.