adalet.az header logo
  • Bakı 16°C
26 May 2021 11:25
26033
DÜNYA
A- A+

BELARUSDA HƏBSLƏR DAVAM EDİR

Minskdə həbs edilən rusiyalı Sofiya Capeqanı 12 il həbs cəzası gözləyir. Bu barədə güc strukturlarındakı mənbələrinə əsasən  "Sputnik Belars"un yaydığı məlumatda bildirilir ki, o, Belarus cinayət məcəlləsinin 130- cu maddəsi ilə ittiham edilir.

"Sapaqeyə qarşı "İrqi, milli, dini,  yaxud digər sosial düşmənçiliyin qızışdırılması"nı özündə ittiva edən cinayət məcəlləsinin 130 .3-cü maddəsi ilə ittəham irəli sürülüb. Bu gün onun vəkili ilə görüşü baş tutmalıdır.
   
23 mayda Afinadan Vülnüsə uçan təyyarə, Belarusda ekstrimimızlikdə  günahlandırılan Nexta Teleqramm kanalının yaradıcısı Roman Protaseviçin həbs edilməsi üçün zorla Minsk aeroportuna endirilib. Həmin vaxt onunla birlikdə Rusiya vətəndaşı Sofiya Sapeqada həbs edilib. O, 2020-ci ilin avqustunda Belarus cinayət məcəlləsində nəzərdə tutulan bir neçə maddə ilə cinayət törətməkdə şübhəli bilinir.
 
Belarus tərəfi təyyarədə partlayıcı quraşdırılması ilə bağlı xəbərin Minsk aereportunun elektron poçtuna gəldiyini, Minsk hava limanına enməsinə təyyarə komandirinin özünün  qərar qəbul etdiyi bildirir. 
  
"Heç bir zorla endirilmədən söhbət gedə bilməz. Bizdə təyyarə komandiri ilə dispetçer arasında gedən dialoqun lent yazısı var"- deyə Belarus HHQ-nin komandanı İqor Qolub bildirib.
  
Rüstəm Hacıyev