adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 May 2021 12:13
53902
ŞOU-BİZNES
A- A+

Tuba - Erdinç eşqi alovlanır: Sevgi etirafı gözlənilir...

Türkiyəli məşhur aktrisa Tuba Böyüküstün dünyanın bir çox yerində eləcə də ərəb ölkələrində çox sevilir və böyük fanat kütləsinə sahibdir.

Hətta qara gözlərinə və zil qara saçlarına görə cazibədar aktrisanın atdığı hər addımı yaxından təqib edən ərəb dünyası onu ölkənin ən çox satılan jurnalının üz qabığına da çıxarmışdı.

 

Söhbət tamaşaçılara “Asi”, “İhlamurlar altında”, “20 dəqiqə” , “Kara para aşk” seriallarından tanış olan məşhur aktrisa Tuba Böyüküstündən gedir.

1982-ci ildə anadan olan gözəl aktrisa saçı, makiyajı, geyim tərzi ilə fərqlənir. -Həyat yoldaşın Onur Saylak onun əkiz qızlarının atasıdır.

Onlar boşandıqdan sonra aktrisa bir müddət iş adamı Umut Evirgen birlikdəlik yaşadı. Sonra Umutla müəmmalı şəkildə ayrıldı və iş adamı aktrisa Melisa Şenolsunla sevgili oldu.

Belə ayrılıqdan sonra Tuba xanım da öz yolu ilə addımlamağa qərar verib.

"Sefirin kızı" serialında rol alan Büyüküstünün yeni münasibətə başladığı artıq hər yerdə danışılır.

Adalet.az xəbər verir ki, aktrisanın iş adamı Erdinç Çatak ilə sevgili olduğu iddia edilib. Onlar bu barədə hələlik açıqlama verməyib.

Qeyd edək ki, cütlük 3 aydır ki, sosial şəbəkədə biri-birini izləsə də Çataq bu günlərdə gizli eşqini bəyan edəcəyi haqqında fikirlərini izləyiciləri ilə bölüşüb.

 

 

 Əntiqə Rəşid