adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2021 11:39
29772
DÜNYA
A- A+

Erməni general: “Azərbaycanlılar ordumuzun belini qırdılar”

Erməni generalı Arşavir Qaramyan Ermənistan mətbuatına verdiyi müsahibədə etiraf edib ki, bu gün Ermənistan ordusu deyilən bir təsisat mövcud deyil:

“Mənim üçün ərazi itkisindən daha ağrılı məqam Ermənistan silahlı qüvvələrinin onurğa sütununun sındırılmasıdır”.

A.Qaramyan həmçinin qeyd edib ki, Ermənistan müharibədə ciddi insan itkisinə məruz qalıb və bu orduya vurulan ən ağır zərbədir.

A.Qaramyan söyləyib ki, 44 günlük müharibədə Ermənistan ordusunun biabırçı məğlubiyyətinin bir neçə səbəbi var:

“Biz bir müddət Ermənistan silahlı qüvvələri haqqında həqiqətə uyğun olmayan illüziyalarla yaşadıq. Çağırışlar səhv qiymətləndirildi və müvafiq islahatlar həyata keçirilmədi”.

A. Qaramyan məğlubiyyətin səbəblərini sadalayarkən zirehli texnika və hava hücumundan müdafiə sistemində olan çatışmazlıqlardan, həmçinin, ordudakı təşkilatı işlərin aşağı səviyyədə həyata keçirilməsinə toxunub.