adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 May 2021 08:19
27221
DÜNYA
A- A+

Kanada məktəbində 215 uşaq cəsədinin qalıqları tapılıb

Kanadanın Kamlups şəhərində yerli xalqların assimilyasiyası üçün nəzərdə tutulmuş keçmiş internat-məktəbin ərazisində  215 uşağa aid olan cəsədlərin qalıqları aşkar olunub.

Bu barədə BBC məlumat yayıb.

Yerli hindu icmasının rəhbəri Roza Kazimirin sözlərinə görə, qalıqlar itkin düşmüş və ölümü sənədləşdirilməmiş uşaqlara aiddir. Onlardan bəziləri 3 yaşında olub.

Cəsədlərin qalıqları georadar vasitəsilə tapılıb. Hazırda uşaqların ölüm səbəbləri araşdırılır.

Kanadanın Baş naziri Castin Tryudo hadisəni ölkə tarixinin qaranlıq və rüsvayçı səhifəsi adlandırıb.

Qeyd olunub ki, məktəb 1890-1978-cu illər ərzində fəaliyyət göstərib.