adalet.az header logo
  • Bakı 11°C
31 May 2021 13:00
34161
ŞOU-BİZNES
A- A+

52 yaşlı şoumen aşiq oldu: 24 yaşlı azərbaycanlı qıza...

Tanınmış aktyor və şoumen Bəyazid Öztürk illər öncə ailə qurmağa hazırlaşırdı.

O, bir müddət birlikdə olduğu əsmər sevgilisi ilə ailə qurmaq qərarına gəldiyi deyilirdi.. Hətta aktyorun anası Nurten Öztürkün də bu qərara sevindiyi bildirilirdi.

İş o yerə çatmışdı ki, sevgilisi ilə evləndikdən sonra qalmaq üçün ev axtaran Bəyaz Arnavutköydə yerləşən dənizkənarındakı villasını 4.5 milyon avroya satışa çıxarmışdı.

Türkiyəli şoumen Bəyazit Öztürkün sirr kimi saxladığı sevgilisinin model Ebru Gözəl olduğu deyildi. Çünki, cütlük Bəyazın "B-planı" adlı yaxtasında görüntülənib.
 Yəqin ki, sevgililər ortaq bir məxrəcə gəlmədikləri üçün ayrıldılar və Bəyaz da subay qaldı.

Adalet.az xəbər verir ki,  aparıcı-şoumen Beyazıt Öztürkün yenidən eşqə düşüb. Bu dəfə o azərbaycanlı xanımla sevgili olduğu məlum olub.

Məşhur aparıcının Bebekdəki malikanəsində 2 ildir azərbaycanlı sevgilisi Lavin Ayla birlikdə yaşadığı ortaya çıxıb.

Öztürkdən 28 yaş kiçik olan 24 yaşlı Lavin Ayın diksiya dərsləri alaraq türkcəsini inkişaf etdirdiyi öyrənilib.

Cütlüyün münasibətinin evliliklə bitib-bitməyəcəyi müzakirə mövzusudur.

 Qeyd edək ki, Beyaz olaraq tanınan, türk aparıcı, televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru Beyazıt Öztürkün hazırda 52 yaşı var.

 Əntiqə Rəşid