adalet.az header logo
  • Bakı 13°C
31 May 2021 15:38
30966
DÜNYA
A- A+

Müharibədə həlak olan əsgər yaxınları Yerevanda aksiya keçirib

İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş hərbi qulluqçuların yaxınları Yerevanda mərkəzi küçəni bağlayıb.

Adalet.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar rəsmi qurumları həlak olanlar və qalıqlar barədə düzgün məlumat verməməkdə ittiham edib.

Əsgər yaxınları iddia edir ki, rəsmilər artıq söz-söhbətdən qaçmaq üçün həlak olanları soyuducularda gizlədib.

Aksiya iştirakçılarından birinin sözlərinə görə, 200-ə yaxın meyit ayrı-ayrı yerlərdə saxlanılır.