adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Iyun 2021 09:15
29229
DÜNYA
A- A+

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verildi

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verilib.

Bu barədə “Sinhua” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, qərar Çin Kommunist partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasından sonra verilib. Qərarın qüvvəyə minəcəyi tarix açıqlanmayıb.

1970-ci illərin ortalarından etibarən Çində doğum nisbətini məhdudlaşdırmaq üçün sərt siyasət yürüdülüb. Bir neçə istisna olmaqla, ailələrə yalnız bir uşağa icazə verilib. Bu qaydanın pozulması halında, valideynlərə yüksək cərimələr tətbiq olunub. Həmin şəxslər dövlət vəzifəsindən kənarlaşdırılma və Çin Kommunist partiyası sıralarından qovulma da daxil olmaqla digər ciddi cəzalara məruz qalıblar.

Bir neçə il əvvəl Çində hər iki valideynin tək uşağı olduğu ailələr üçün, eləcə də ilk övladları qız olan, kənd yerlərində yaşayan cütlüklər üçün ikinci uşağın olmasına icazə verilib. 2013-cü ildə ölkədə evli cütlüklərə iki övlad sahibi olmağa icazə verdilər, burada ərlərdən azı biri valideynlərinin tək övladı olmalı idi. 1 yanvar 2016-cı ildə bütün çinli ailələrin iki uşaq sahibi olmasına icazə verən qanun qüvvəyə minib.