adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Iyun 2021 10:25
37343
ŞOU-BİZNES
A- A+

Rəqsanənin ”Rusiyada toy biabırçılığı” paylaşımına cavab:  İlhamə Qasımovadan....

Əziz oxucular, artıq hamınız bilirsiniz ki, pandemiya ərəfəsində Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Fədayə Laçın, Damla, Kərim Abbasov və başqaları Rusiyaya köçərək, orada işləməyə başlayıblar. Amma bəzi insanlar var ki, həmin müğənnilərin özünü Rusiya da çox əxlaqsız şəkildə ictimaiyyətə təqdim edir və Azərbaycanın adına layiq olmayan hərəkətlərə rəvac verirlər.

Müğənni Rəqsanə İsmayılova Rusiyaya köçərək orada yaşayan və Rusiyalı azərbaycanlıların dəvəti ilə onların toy, nişan, ad günü və digər məclislərində oxuyan azərbaycanlı sənətçilər haqqında son günlər xoş olmayan açıqlamalar verirdir.

Xalq artisti Səməd Səmədov həmkarını bu açıqlamasına görə qınamışdıda.

Müğənni İlhamə Qasımova da Rəqsanə İsmayılovanın cavabını verməyi özünə borc bilib.

Adalet.az xəbər verir ki, bu haqda İlhamə "ATV maqazin onlarla"da danışıb. O bildirib ki, vaxtı ilə Rəqsanə ilə aralarında söz atışması olub. “Atışma”ya da səbəb isə İlhamənin Rəqsanənin "Bivəfa" mahnısını ələ salması olub:

"Çal-çağır" verilişində mahnını əyə-əyə oxudum. Yadımda qalan yeganə mahnı o idi. İnciməyə dəyməzdi. Küsdü, haqqı var. Mən onun yaradıcılığına sataşmışam, o da cavabımı Verdi. Elə o vaxtdan bir-birimizlə küslüyük".

 

 

İlhamə Rəqsanənin Rusiyada işləməyə gedən müğənnilərlə bağlı dediyi qalmaqallı sözlərə də münasibət bildirib:

"Xoşuma gəlməyən bir şey oldu ki, Rusiyaya gedən müğənnilər haqda nələrsə dedi. Söhbət namus-qeyrətdən gedirsə, bir xanım olaraq o sözü yaymamalı idi. Təklikdə deyərdi ki, bu işi görmə. Dırnaqarası qonşularımızın yaşadığı ortamda bir-birimizi dəstəkləməliyik. Sosial şəbəkədə dediklərimizə fikir verməliyik, dünya izləyirik. Kardaşyanlar bir-birini qırır, vurur. Onlar bir-birini sillələməklə gündəmə gəlsinlər.

Rusiyaya gedənləri qınamaq olmaz. Biri deyir, göyərti qiymətinə gedir. Çox pis oldum. Pul qazanmırlar, ailə saxlayırlar. Üç, beş uşağı var, hamısının milyonu var. Deyirlər, maşınını sat. Satdı, alan var? 50 minlik maşını 30 minə satan var, alırsan? Heç kim özünü aşağı qiymətə sata bilməz".

Qeyd edək ki, müğənni Rəqasanə İsmayılova sosial şəbəkədə bu ittihamları paylaşmışdı :“ ...bura gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın!”

 

Əntiqə Rəşid