adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Iyun 2021 14:41
28172
DÜNYA
A- A+

"KRIM UKRAYNAYA QAYTARILMAYACAQ"

Ukrayna prezidenti Vladimir Zelenski Yarımadanın statusunun müəyyənləşdirilməsi təklifi ilə müraciət edib. Krım parlamentinin xalq diplomatiyası və beynəlzalq əlaqələr komitəsinin rəhbəri Yuri Qempel bəyan edib ki, Rusiyanın Krım yarmadasının status məsələsi heç vaxt Ukrayna ilə müzakirə olunmayacaq. Bu barədə danışıqlar istisna olunur.
 

Ukrayna prezidenti Almaniyanın "Frankfurter alqemayne tsaytunq"qəzetinə müsahibəsində bəyan edib ki, o, Krım, Donbas və "Şimal axını-2" məsələrinin "normand formatı" kimi bir məkanda müzakirə olunmasının tərəfdarıdır.
 

"Elə təsəvvür yaranır ki, Zelenski paralel dünyada yaşayır. Artıq o, başa düşməlidir ki, yarımadanın Rusiyaya qaydarılması faktını tanımalıdır. Söhbət yalnız sərhədyanı tərəfdaşlığın nizamlanmasından gedə bilər" - deyə Qempel RİA Novostiyə bildirərək, əlavə edib ki,  yeddi il bundan əvvəl krımlılar referendumda öz müqəratlarını qəti olaraq bildiriblər. "Kiyev sitasi alver etməkdənsə, krımlıların seçiminə hörmətlə yanaşmalıdır"- deyə komitə sədri agentliyə müsahibəsində vurğulayıb.
 

Ukrayna -Rusiya arasında danışıqların  "Normand formatı" 2014-cü ilin iyun ayından, müttəfiqlərun hərbi qüvvələrini Normadiyada görüşməsinin 70 illiyi münasibəti ilə keçirilən tədbirlər vaxtı, Almaniya, Ukrayna, Rusiya və Fransa dövlətlərinin iştirakı ilə  yaranıb. Sonnuncu sammit 9 dekabr 2019-cu ildə Parisdə keçirilib.

Rüstəm Hacıyev