adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2021 12:31
25276
DÜNYA
A- A+

Yoqa ilə koronavirusa qalib gəlmək olar - Hindistanda Baba Ramdev qalmaqalı

Hindistanda bir yanda həkimlər koronavirusla mübarizə apararkən, bir yanda da yoqa ustası Baba Ramdevin iddialarına etiraz edənlər xalqı məlumatlandırmağa çalışırlar. Ramdev sonuncu dəfə üzünü tibb işçilərinə tutub – “Özlərini belə xilas edə bilmirlərsə, bunlar necə həkimdirlər?” – deyərək diqqət çəkmişdi.

Minlərlə hindli həkim yoqa və milli tibbin COVİD19-a qarşı peyvəndlərdən daha güclü müdafiə üsulu olduğunu iddia edən Baş Nazir Narendra Modinin yoqa ustasına etiraz ediblər.

Həkimlər iqtidardakı Bharatiya Janata Partiyası ilə yaxın bağları olan yoqa ustası Baba Ramdevi öz dərman şirkəti Patanjali Ayurvedi tanıtmaq üçün insanların peyvəndə qarşı tərəddüdlərini artırdığını deyir. Ramdev peyvənd edilməməsini, dərmanların da insanları öldürdüyünü tez-tez dilə gətirir.

Hindistan Tibb Dərnəyinin Başçısı Dr John Austin Jayalal “Onun ifadələri şübhəsiz ki qarışıqlığa səbəb olur. Mərkəzi hökumət buna son qoymalıdır ” – deyə açıqlama verib.

ÖZ DƏRMANINI SATMAQ ÜÇÜN EDİR

Ramdev və tibb mütəxəssizləri arasındakı gərginlik yoqa ustasının həkimlərin və tibb işçilərinin də qatıldığı bir paneldə virusa qarşı Coronil adlı dərmanı bazara təqdim etdiyi fevral ayından bu yana daha çox dərinləşdi.

Xəstəxanaların vəziyyəti ağır xəstələrlə dolduğu, çarpayı, oksigen, dərman və işçi personalı qıtlığı ilə mübarizə etmək məcburiyyətində qaldığı ikinci Covid dalğası ərəfəsində isə yoqa ustasına olan qəzəb daha da artdı. Son iki ayda 170 mindən çox hindli koronavirusdan öldü.

Yoqa kanalı milyonlarla insan tərəfindən izlənən Ramdev modern tibbi “axmaq bir elm” adlandırdı və bir videosunda izləyicilərinə bir çox hindli həkimin peyvənd olunmağına baxmayaraq koronavirusa qalib gələ bilmədiyini deyib.

HƏKİMLƏR ETİRAZDA

Ramdevin dediklərinə səssiz qalan hökümətə qarşı etiraza qoşulan həkimlər qollarına qara bağlayıblar Onlar etiraza qatılsalar da, xəstələrin müalicəsinin axsamadığını da dilə gətiriblər. 

Köhnə başçısı Coviddən ölən Hindistan Tibb Dərnəyi Ramdevi dərman formullarının alınması üçün xalqa belə bir qorxu, təlaş və məyusluq təlqin etməkdə günahlandırıb.

 

Eminquey