adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Iyun 2021 13:52
23730
ANALİZ
A- A+

Qorxmaz İbrahimli: Utanmaq lazımdır, cənab cənablar.

Dünyanın dörd bir tərəfində yatırım edən, ofislər açan SOCAR nədənsə ölkəmizdə yanacaq emal edən bir fabrik qura bilmir.

Aİ 95 benzinin qiymətini artırmaq üçün gülünc bir bəhanə uydurdular.

Ardından da ölkəmizdə daha çox Aİ 92 və dizel yanacaqlarının istifadə olunduğunu fəxrlə deyirlər.

Buna sevinmək yox, utanmaq lazımdır, cənab cənablar.

Avropa artıq dizel yanacaqlı avtomobillərin hərəkətini qadağan eləyir.

Bizimkilər də ölkəmizdə daha çox Avropa və dünyanın digər ölkələrində istifadədən çıxarılmış nəqliyyat vasitələrinin istifadəsindən danışaraq təskinlik verirlər...

Ölkədə müasir üsullarla benzin istehsal edən fabrikin qurulması tək benzinin ucuz olması deyil, həm də valyutanın xaricə axınının qarşısını alardı.

Amma məndən soruşan lazımdır ki, bunu səndən başqa bilən yoxdurmu?

Əlbəttə bilirlər.

Lakin xalqın və dövlətin malını talayan məmurlar bu haqda heç düşünmək istəyirlər.

Dövlət isə hələ də susmaqdadır.

Digər Xəbərlər