adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyun 2021 11:00
46963
ŞOU-BİZNES
A- A+

Cazibədar Rihannadan yeni geyim: Krujevalı alt paltarı...

"Forbes"un versiyasına görə,dünya şöhrətli müğənni Rihanna 2020- ci il də 600 milyon dollar sərvəti ilə dünyanın ən zəngin qadın musiqiçisi olub. Elə o ərəfədə Rihanna aylıq 415 min dollara ev kirayələyib. ABŞ-ın Hamptons istirahət bölgəsində yerləşən 8000 kvadratmetrlik ərazidə müğənninin iyul ayının ortalarından avqustun ortalarına qədər yaşadığı deyilir.

Bu gün isə müğənnidən yeni xəbər var.

Adalet.az xəbər verir ki, 6 Oktyabr 2012-ci il tarixində Bakı Crystal Hall-da möhtəşəm bir konsert verən Rihanna yeni fotoları ilə gündəm olub. 33 yaşlı super ulduz bu dəfə krujevalı alt paltarda görünüb. Barbadosda doğulan gözəl bundan əvvəl özünün "Fenty Skin" kosmetik brendinin məhsulu olan "Butta Drop" kremini reklam edib.

Qeyd edək ki, Rihanna bahalı və açıq-saçıq geyimləri ilə hər zaman diqqət mərkəzində olub. Məsələn, 2-3 il əvvəl müğənninin corablarının qiymətinin 1300 dollar olduğu məlum olub. Kristal daşlarla bəzədilmiş corab istifadəçilərin də xoşuna gəlib.

 

Əntiqə Rəşid