adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyun 2021 13:49
26240
DÜNYA
A- A+

SİLAH FABRİKİNDƏ PARTLAYIŞ

Ötən gecə Serbiyanın Çaçak şəhərində yerləşən "Slaboda" müdafiə müəssisəsində ardıcıl partlayışlar baş verib. Yerli telekanalın verdiyi məlumata görə partlaşılar zamanı zərərçən olmayıb.
 

"Yerli vaxtla gecə saat 1.30-da sursat anbarında partlayış baş verib. Yaxşı ki, partlayış nəticəsində baş verən yanğınlar istehsalat sexlərinə keçməyib"- deyə şəhər meri Milun Todoroviç telekanala bir başa efir vaxtı verdiyi müsahibəsində bildirib.
 

Sursat anbarları müəssisənin darvazasından 800 metr məsafədə yerləşir. Ətrafda yaşayan sakinlər tez bir zamanda təxliyyə edilib, bir hissəsi isə evlərin zirzəmilərinə sığınıb. Polis üç saat ərzində müəssisəyə gedən yolları bağlayıb. 
 

Müdafiə naziri Aleksandr Vulininin sözlərinə görə, müəssisədə çalışan bütün işçilər vaxtında təxliyyə olunub. "Şəhər əhalisinin tam təxliyyə olunmasına ehtiyac olmayıb. Yalnız axırıncı partlayışdan sonra yanğınsöndürənlər fabrikin ərazisinə buraxıla biləcək"- deyə müdafiə naziri bildirib.
 

Hazırda üç yanğınsöndürmə briqadası hazır vəziyyətdə əraziyə daxil olmaq əmrini gözləyir.

Rüstəm Hacıyev