adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyun 2021 18:44
28834
DÜNYA
A- A+

“Koçaryan saxta yolla prezident seçilmişdi” - Paşinyandan ittiham

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Abovyanda vətəndaşlarla görüşü zamanı eks-prezident Robert Koçaryanla ifşaedici fikirlər səsləndirib.

Azvision.az xəbər verir ki, Paşinyan Robert Koçaryanın prezidentliyinin qanunsuz olduğunu deyib:

“1998-ci ildə Koçaryan qanunsuz olaraq prezident seçildi. O, polisdən qeydiyyatda olduğu ərazi barədə saxta arayış təqdim etmişdi ki, guya son 10 ildə İrəvanda yaşayıb. 98-ci il prezident seçkiləri saxtalaşdırıldı".

Paşinyan mitinqlər keçirdiyi vaxtlarda minlərlə insanın məhz Karen Dəmirçiyanı seçdiyini, ona səs verdiyini iddia edib. Bildirib ki, 1998-ci ildəki əsas mübarizə Karen Dəmirçiyanla Robert Köçəryan arasında olub.