adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Iyun 2021 12:46
25562
DÜNYA
A- A+

Çində 3 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verilib

Çin hökuməti uşaq və yeniyetmələrin "Sinovac" vaksini ilə peyvənd olunmasına icazə verib.

Adalet.az-ın məlumatına görə, yeni qərara əsasən, "Sinovac Biotech" şirkətinin vaksini ilə 3 yaşdan 17 yaşadək uşaqlar və yeniyetmələr peyvəndlənə bilər.

Qeyd olunur ki, vaksinin kliniki sınaqlarının birinci və ikinci mərhələləri həmin yaş qruplarında immun reaksiyasının yarandığını göstərib.

Hazırda Çində 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır.