adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyun 2021 14:46
27835
DÜNYA
A- A+

Çinin qorxunc planı: Uyğur türklərinə qarşı

Çinin doğuma nəzarət siyasəti nəticəsində Sincan əyalətinin cənubundakı Uyğur türkləri və digər etnik azlıqların doğum sayı 20 il içində 2,6-4,5 milyon azala bilər.

Adalet.az "Reuters"-a istinadən xəbər verir ki, bunlar Çinin uyğur türklərinə yönəlmiş bu assimilyasiya siyasəti haqqında hazırlanmış geniş hesabatında yer alıb.

Alman antropoloqu Adrian Zensin yayımlamazdan əvvəl “Reuters”-ə verdiyi özəl hesabatında Çinin Sincana yönəlmiş doğuma nəzarət mövzusundakı planlarıyla bağlı çinli akademiklərin və səlahiyyətli şəxslərin etdikləri əvvəlki araşdırmalar da öz əksini tapıb.

Rəsmi rəqəmlər uyğurların yaşadığı Sincan əyalətindəki doğum faizinin 2017-2019-cu illər arası 48,7 faizə düşdüyünü deyir.

İnsan haqları qrupları, araşdırmaçılar və bəzi bölgə sakinləri bunun səbəbini uyğurlara tətbiq edilən doğum nəzarətinin gücləndirilməsi, işləyənlərin digər bölgələrə göndərilməsi və bir milyon uyğur azlığının əmək düşərgələrində həbs edilməsində görürlər.

Qeyd edək ki, Çinin bu siyasəti nəticəsində Sincan əyalətindəki Xan çinlilərinin sayı 8,4 faizdən 25 faizə qalxacağı gözlənilir.

 

Eminquey