adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyun 2021 09:57
19381
ANALİZ
A- A+

Xocavənddə silah-sursat aşkar edilib  - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İqla” zenit-raket kompleksi, 15 ədəd raket və 97 ədəd minaatan mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Digər Xəbərlər