adalet.az header logo
  • Bakı 19°C
08 Iyun 2021 12:33
23669
DÜNYA
A- A+

BAYDEN - PUTİN GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR

Rusiya 16 iyunda Cenevredə keçiriləcək Rusiya - ABŞ sammitinə ciddi hazırlaşır. Bu barədə RİA Novostiyə məlumat verən Rusiya XİN -nin müavini Serqey Ryabkov bildirib ki, bir sıra məsələlər hazırlıq mərhələsindədir. "Biz sammitə hərtərəfli hazırlaşırıq, bir sıra məsələlərin hazırlıq mərhələsi başa çatmaq üzrədir" - deyə Ryabkov bildirib.
 
 Nazir müavinin sözlərinə görə, Rusiya tərəfi prezidentlərin görüşündən ABŞ -la strateji məkənda normal, stabil münasibətlərin yaranacağına ümid edir. " Strateji məkənda fasilə yaranmadını uzatmaq olmaz. Nəhayət sistemli və əsaslı şəkildə hərəkətə keçməyin vaxtıdır" -deyə qeyd edən Ryabkov, sammitin sonunda ən azından ABŞ və Rusiya münasibətlərinin stabilləşəcəyinə ümid etdiyini bildirib.
 
 XİN nazirinin müavini görüşdə Ukrayna məsələsinin də müzakirə olunacağını qeyd edib: "Təbii ki, Ukrayna məsələsinə də toxunulacaq  Biz Rusiyanın tərəf kimi qəbul edilməsinin tərəfdarı deyilik.  Sadəcə Ukrayna münaqişədə olduğu Donetsk və Liqanskla dialoqa getməyi qəbul etməlidir. Əgər ABŞ -da bu məsələdə Kiyevi razı sala bilsə, onda hansısa irəliləyişdən danışa bilərik".
 
Ryabkov  ABŞ - ın bu münaqişədə mövqeyini dəyişəvəyinə inanmadığını vurğulayıb.

Rüstəm Hacıyev