adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Iyun 2021 17:10
21842
DÜNYA
A- A+

Türkiyədə FETÖ əməliyyatı: 17 şübhəli saxlanıldı

Türkiyənin 3 vilayətində FETÖ-ya qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Adalet.az xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ / PDY ilə əlaqədə olmaq ittihamı ilə 19 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Balıkesir, İstanbul və Dənizli Jandarma Komandanlığı tərəfindən hərəkətə keçirilən və eyni vaxtda təşkil edilən əməliyyatda 17 şübhəli saxlanılıb.