adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Iyun 2021 14:15
20190
DÜNYA
A- A+

"Rüsiya - Çin hərbi əməkdaşlığı NATO-ya meydan oxumaqdır"

NATO -nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya və Çinin syasi və hərbi sahədə əməkdaşlığının genişləndirilməsi Alyansa qarşı meydan oxumaqdır. 
 
"Son vaxtlar Rusiya və Çin həm siyasi, həm də hərbi sahadə daha intensiv əməkdaşlıq edirlər. Bu NATO -ya qarşı meydan oxumaq kimi qiymətləndirilməlidir. Bu əməkdaşlığın nəticəsidir ki, Moskva və Pekin BMT kimi beynəlxalq təşkilatlarda qərarların qəbul edilməsində mövqelərini tənzimləyərək birgə addım atırlar" -deyə alyansın baş katibi bəyan edərək, əlavə edib ki, " Bu hərəkətləri ilə Rusiya və Çin Qərbə təhlükə yaradır".
  
"Bundan başqa onlar birgə hərbi təlimlər keçirir. Hərbi təyyarələri ilə uzaq uçuşlu sınaqlar keçirir və hərbi dəniz əməliyyatları aparırlar. Eyni zamanda mütamadi olaraq hərbi sistemləri və internet məkənında əldə etdikləri nailiyyətləri bölüşürlər"

 "Rusiya və Çin bu əməkdaşlığın heç kimə qarşı təhlükə törətmədiyini, yalnız öz ölkələrinin və xalqlarının maraqlarına xidmət etdiyini bildirlərsə də, biz sistemlər arasında rəqabət aparıldığını yaxşı bilirik"- deyə baş katib bildirib.

Rüstəm Hacıyev