adalet.az header logo
  • Bakı 20°C
09 Iyun 2021 10:44
20989
DÜNYA
A- A+

Qandinin nəvəsinin qızı həbs olundu - 456 min 600 dollarlıq dələduzluq

Cənubi Afrikanın Durban şəhəri Ticarət Cinayətləri Məhkəməsi Hindistanın Azadlıq Hərəkatı lideri Mahatma Qandinin nəvəsinin qızı olan Aşiş Lata Ramqobini dələduzluqda günahlandıraraq 7 il azadlıqdan məhrum edib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, məhkəmənin verdiyi açıqlamada bildirilir ki, Ramqobin 2015-ci ildə iş adamı S.R. Maharaja 456 min 600 dollar pul atıb. Bununla yanaşı o, potensial investorları Hindistandan 3 konteyner kətan göndərildiyinə inandırmaq üçün saxta faktura və sənəd təqdim edib.

Məhkəmə hökm oxuduqdan sonra Ramqobinə verilən cəzaya etiraz etmək haqqını da tanımayıb.

Məhkəməyə təqdim olunan sənədlərdə Ramqobinlə iş adamı Maharajın 2015-ci ildə əməkdaşlığa başlaması qeyd olunub.

Qeyd edək ki, Maharaj geyim, kətan və ayaqqabı idxalı, istehsalı və satışı ilə məşğul olan “New Africa Alliance” ayaqqabı distribyutorlarının direktorudur.

 

Eminquey