Ərdoğan Makronla Qarabağı müzakirə edəcək
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.
Adalet.az-ın məlumatına görə, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.
"NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", - Makron deyib.
O bildirib ki, türkiyəli həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, Suriyada, Liviyada yaranmış vəziyyət barədə danışmaq istəyir.