adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyun 2021 13:27
26629
DÜNYA
A- A+

İsveçrə Putin-Bayden görüşünə görə hava məkanını bağlayacaq

İsveçrə hökuməti iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşlə əlaqədar hava məkanının bir hissəsini bağlayacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə İsveçrə hökumətinin qərarında deyilir.

Qeyd olunur ki, prezidentlərin görüşü ilə əlaqədar Cenevrə üzrə hava məkanının bağlanması təklifi qəbul edilib.

Qərar iyunun 15-17-də qüvvədə olacaq.